Mayın 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 may tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Cənub zonasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 29-34° isti, bəzi yerlərdə 36° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq.