Astarada Yalçın Nəsirovun doğum gününə həsr olunmuş tədbir təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 yanvar tarixində verir.
Mərasimdə iştirak edən qonaqlar və Milli Qəhrəmanın ailəsi onun keçdiyi şərəfli yol haqqında məlumat veriblər. Daha sonra şəhidin məzarı ziyarət edilib.
Tədbir Yalçın Nəsirov adına Sərək kənd tam orta məktəbi və Sərək kənd Folklor Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib.