Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir.
Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, düşən yağıntının miqdarı Lerikdə 4, Biləsuvar və Yardımlıda isə 1 mm-dir.
Dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb.