Martın 22-si saat 17:00-a olan faktiki hava ilə bağlı məlumat açıqlanıb.
Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir.
Belə ki, Yardımlı, Lerik, Lənkəran və Astarada fasilələrlə yağış yağır.
Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.