“Xəzər Lənkəran” Stadionu təmir üçün bağlanıb. Bu haqda bu gün, 12 fevral tarixində Cenublu.az xəbər verir.
Klubun sabiq mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib ki, xeyli müddətdir qapısı qıfıllanan arenada yenidənqurma işlərinə yaxın günlərdə başlanılacaq:
“Xəzər Lənkəran” Stadionunun təmirə bağlanması xəbəri həqiqətdir. Hələlik stadionun təmiri üçün ümumi audit hesablama aparılır, daha sonra təmir başlayacaq”.