Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verir.
"Təmiz ölkəm" aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmələrinin, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər. İməcilik zamanı müxtəlif növ tullantılar yığılaraq ərazidən daşınıb.