Silahdan ehtiyatsız davranma nəticəsində açılan 1 atəşdən dünyasını dəyişən, Xankəndiyə ezam olunmuş polis əməkdaşları dəfn olunublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 mart tarixində verir.
Belə ki, Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru, 42 yaşlı Ramiz İsmayılov Sumqayıt şəhərində, Abid Mustafazadə isə Yardımlı rayonunun Əsədabad kəndində torpağa tapşırılıblar. Dəfn mərasimlərində rayon ictimaiyyətinin nümayəndələri, rəhbər şəxslər iştirak ediblər.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılır.