Bu gün şəhidimiz - Kamran Əliyevin anadan olduğu gündür.
Kamran Rasim oğlu Əliyev 2001-ci il iyulun 28-də Lənkəran rayonunun Aşağı Nüvədi kəndində doğulub.
Kamran Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 12-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.