top
Vaxtilə məzun olduğu məktəbi təmir etdirən xeyriyyəçi Emin Bağırovu tanıyaq
27 yanvar 2023, 02:45
- ↺ +

Vaxtilə məzun olduğu məktəbi təmir etdirən xeyriyyəçi Emin Bağırovu tanıyaq

Lənkəran rayonunun Şürük kənd tam orta məktəbinin binasını təmir etməkdə təşəbbüs göstərən, vaxtilə məktəbin məzunu olan Emin Bağırovu birgə tanıyaq.

Emin Bağırov Lənkəran rayonunun Türkəkəran kəndində anadan olub. 10-11-ci sinifləri Şürük kənd tam orta məktəbində oxuyub, bu məktəbin məzunu olub. Hal-hazırda mexanika üzrə fəlsəfə doktorudur. Böyük elmi işçi kimi Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika institunda çalışır. O, eyni zamanda 2005-ci ildə, magistr olduğu illərdə “EMİN TK” MMC firmasını təsis edib.

“2020-ci ilin aprel ayının sonunda məktəbə gəldim və məktəbin sanitar qovşağının pis vəziyyətdə olduğunu gördüm. Məktəb rəhbərliyindən icazə aldım ki, sanitar qovşağının yenisini tikim. Burada durum yaxşı olmadığı üçün daha sonra mərhələli şəkildə məktəb rəhbərliyindən icazə alaraq burada təmir işlərini apardım. Biz bu işləri gördüyümüz zaman Elm və Təhsil Nazirliyi bundan xəbər tutdu. Çox sağ olsunlar ki, onlar da bizə dəstək oldular və məktəbin dam örtüyünü yenilədilər”, - deyə Emin Bağırov söyləyib.

“Şürük kənd tam orta məktəbinin təmiri növbəti illər üçün nəzərdə tutulmuşdu. Buna baxmayaraq, Şürük kənd sakini, eyni zamanda məktəbin vaxtilə məzunu olmuş Emin Bağırov tərəfindən məktəbin təmiri ilə bağlı təşəbbüs irəli sürüldü”, - deyə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov bildirib.

“Bizim məktəbimizin ilkin tarixi 1923-cü ildir. 1976-cı ildə isə bizim yeni binaya köçürülüb. O tarixdən bu günə qədər məktəb tam təmir olunmayıb. Keçən illərdə məktəbimizin qapı və pəncərələri rütubət üzündən yararsız hala düşmüşdür və 2020-ci ildə, gözləmədiyimiz kimi, 2-3 ildə məktəbimiz əsaslı təmir səviyyəsində təmir olundu”, - Şürük kənd tam orta məktəbinin direktoru Namiq Bağırov deyib.

Emin müəllimin imkanları ilə məktəbin sinif otaqları, koridoru, laboratoriyaları, sanitar qovşağı, idman zalı əsaslı şəkildə təmir olunub, məktəbin pəncərələri yenilənib.

“Bunları mən etdikcə hiss edirdim ki, şirkətdə işlərimiz daha da irəli gedir, daha yaxşı olur, ruzimiz artır. Bu məktəbin nə vaxtsa təmir olunacağına mən əmin idim. Deyirdim ki, dövlətimiz zamanı çatanda buranı təmir edəcək. Amma mən düşünmürəm ki, belə olmalıdır. Biz məktəbimizin yanında olmalıyıq. Mənim 4 qızım və 1 oğlum var. 5 övlad atası kimi mən məktəbi təmirsiz görəndə bir anlıq gözümün önündə öz qızlarımın belə bir məktəbdə oxuması canlandı və mən buna razılaşmadım”, - deyə Emin Bağırov əlavə edib.

Son xəbərlər

Siyasət
Bu gün, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
Bu gün, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
Dünən, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
Dünən, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
Dünən, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Cəmiyyət
Dünən, 15:38

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində təlim keçirib

İqtisadiyyat
Dünən, 14:36

Bakı-Astara sərnişin qatarı nə vaxt fəaliyyətə başlayacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq? - PROQNOZ

Kriminal
Dünən, 12:34

Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:01

Azərbaycan neftinin qiyməti 123 dollara düşüb

Cəmiyyət
Dünən, 10:59

Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə yardım göstərib

Bütün xəbərlər
Dünən, 10:16

Astarada narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDU

Faydalı
Dünən, 09:14

26 sentyabr – Qızılağac Milli Parkının yaranma günüdür

Bütün xəbərlər
25 sentyabr 2026, 17:39

Neftçalada 22 yaşlı oğlanın meyiti tapıldı

Bütün xəbərlər
25 sentyabr 2026, 16:15

Sumqayıtda avtomobil qəzasında ölən hərbçi Biləsuvardan imiş

Siyasət
25 sentyabr 2026, 15:37

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Bütün xəbərlər
25 sentyabr 2026, 15:19

Cenublu.аz işıqlandırdı, Cəlilabadda problem həllini tapdı

Bütün xəbərlər
25 sentyabr 2026, 14:46

Sabah hava necə olacaq? — PROQNOZ

Kriminal
25 sentyabr 2026, 14:13

Astarada qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

Kriminal
25 sentyabr 2026, 13:50

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Faydalı
25 sentyabr 2026, 12:54

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Cəmiyyət
25 sentyabr 2026, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Cəmiyyət
25 sentyabr 2026, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
25 sentyabr 2026, 10:12

Lənkəranda 30 yaşlı kişinin meyiti aşkarlanıb

Oxşar xəbərlər