Vətən müharibəsi qaziləri, əkiz qardaşlar olan Həsən və Hüseyn Həmidovların tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 dekabr tarixində verir.
Qeyd edk ki, 20 yaşlı qardaşlar Masallı rayonunun Əhmədli kəndində anadan olublar. Qazilərimizdən biri Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanıb və bir gözünü itirib. Digər qazimiz Hadrut uğrunda gedən döyüşlərdə partlayış nəticəsində yaralanaraq qolunu itirib.
Hüseyn və Həsən Həmidovlar Vətən müharibəsində ölkəmizin suverenliyi uğrunda vuruşduqlarına görə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.