Uşaq İncəsənət Festivalında “Estrada oxuma” nominasiyası üzrə həvəskar kateqoriyasında Əsnad Əlieva 1-ci yerə layiq görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 yanvar tarixində verir.
Belə ki, diplom 6-9 yaş qrupunun qalibinə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tərəfindən təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə teşkilatçılığı ilə həyata keçirilib.