Astarada məktəb direktorları ilə görüş keçirilib. Bu haqda bu gün, 20 avqust tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Təhsil İdarəsinin rəhbərliyi sözügedən görüşü yeni tədris ilinin başlaması ilə əlaqədar təşkil edib. Ülviyyə Əliyeva ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları ilə qarşıda duran mühüm vəzifə və tapşırıqlar barədə müzakirələr aparıb.