Türkiyəli müəllimlər Lənkəran Dövlət Universitetinə (LDU) səfər ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir.
Səfər çərçivəsində Adıyaman Universitetinin müəllimləri Vahidə Gənçkən və Rabia Özən Uyar universitetin təhsil həyatı ilə tanış ediliblər, imtahan proseslərini izləyiblər.
Çay süfrəsi arxasında keçən söhbət zamanı LDU ilə Türkiyə Cümhuriyyətinin universitetləri arasında son illərdə genişlənən əlaqələrdən, birgə həyata keçirilən layihələrdən söz açılıb, əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib. Sonda rektor türkiyəli qonaqlara xatirə hədiyyələri təqdim edib.