top
TikTokdakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə hökm oxunub
26 mart 2025, 03:41
- ↺ +

"TikTok"dakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə hökm oxunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Füzuli rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Nemət Bayramlının cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Apa.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Nemət Bayramlı 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında Füzuli rayonunun, Kürmahmudlu kəndi ərazisində baş verib. 2005-ci il təvəllüdlü Nemət Bayramlının aralarında yaranmış mübahisə zamanı 2003-cü il təvəllüdlü Azər Allahverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İttihama görə, Nemət Bayramlı "TikTok" sosial şəbəkəsi üzərində gördüyü videonun mənasını soruşmaq üçün videonun sahibi, daha əvvəl heç tanımadığı Azər Allahverdiyevlə və onun qardaşı ilə danışıb. Söhbət zamanı təhqiramiz ifadələrin istifadəsinə görə onlar Aşağı Kürdmahmudlu kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında görüşüblər. Bir qədər söhbət etdikdən sonra o, Azər Allahverdiyevi qəsdən öldürmək məqsədi ilə yanacaqdoldurma məntəqəsinə bitişik olan istifadəyə verilməmiş tikilinin yan tərəfinə dəvət edərək sonuncudan telefonda danışarkən onu təhqir etməsinin səbəbini soruşub. Azər Allahverdiyev ona təhqir etmədiyini bildirsə də, həmin videoya görə yetkinlik yaşına çatmayan qardaşına iradlar bildirib sorğu-suala tutmasına haqlı cavab verdiyini söyləyib. Nemət Bayrmalı A.Allahverdiyevi qəsdən öldürmək məqsədilə ilə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağını götürərək sonuncuya ağır xəsarət yetirərək onun ölməsinə səbəb olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Nemət Bayramlı barəsində Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Oxşar xəbərlər