Tələbələrin yerdəyişməsi prosesi üzrə yekun nəticələr müraciətçilərin elektron kabinetlərinə göndərilib.
Cenublu.az -a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə tələbələr təhsil müəssisəsi tərəfindən verilmiş yekun qərarı elektron kabinetləri vasitəsilə 31 iyul 10:00-dək təsdiq etməli və ya qərardan imtina etməlidirlər.
Müəyyən olunmuş müddət ərzində təsdiqlənməyən müraciətlər avtomatik olaraq qüvvədən düşmüş hesab ediləcək.