Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Vilvan kəndinin sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində verir.
Görüşə İcra Hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin nümayəndələri cəlb ediliblər.
Qəbul zamanı vətəndaşlara İlham Əliyevin yanvarda Lənkəran rayonuna səfəri barədə məlumat verilib. Daha sonra yerli insanları narahat edən şəxsi və ümumi problemləri dinləyən icra başçısı aidiyyəti üzrə tapşırıq və göstərişlərini verib.