Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Şağlakücə kənd sakinləri ilə keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində verir.
İcra başçısı ötən görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verib. Bildirilib ki, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan bütün məsələlər həllini tapıb, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb və bu barədə vətəndaşlara məlumat verilib.