Lənkəran şəhər icra başçısı Taleh Qaraşov Bəliton sakinləri ilə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyun tarixində verir.
Qəbulda İcra Hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Şəhər rəhbəri hər bir sakinin müraciətini dinləyib və aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.