Cəlilabadda su bəndində boğulan 2 gənclə bağlı bəzi təfərrüatlar məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyun tarixində Bizim.Media.az-a istinadən verir.
Xəbər verdiyimiz kimi, Hamarqışlaq kəndində 16 yaşlı Nihad Aşurov və 20 yaşlı İbrahim Həsənov suda batıblar. Hadisə Nihadın qoyunlara su verərkən bəndə yıxılması nəticəsində baş verib. Onun köməyinə çatan digər kənd sakini İbrahim Həsənov suya baş vurub. Sakinlər ilk olaraq, Nihadın cansız bədənini sudan çıxarıblar. Daha sonra əraziyə cəlb olunan xilasedicilər tərəfindən İbrahimin meyiti sudan çıxarılıb.
Qeyd edək ki, Nihat Aşurov orta məktəbin sonuncu sinif şagirdi imiş. İbrahim Həsənov isə hərbi xidmətlə bağlı xüsusi toplanışdan cəmi bir neçə gün əvvəl qayıdıb.