top
Separadidə yerləşən meyvə ağaclarını qış aylarında şaxtadan qorumaq üçün “pərvanələrdən” istifadə olunur
12 iyul 2023, 09:20
- ↺ +

Separadidə yerləşən meyvə ağaclarını qış aylarında şaxtadan qorumaq üçün “pərvanələrdən” istifadə olunur

Qeyri-neft sektorunun inkişafı üçün görülən işlər çərçivəsində rayonlarda baramaçılığın, sitrus və subtropik meyvə bağlarının da salınmasına investisiyalar qoyulub.

Belə bağlardan biri Lənkəranın Separadi kəndi ərazisində 150 hektar sahədə salınan sitrus bağıdır. Bağda meyvə ağaclarını qış aylarında şaxtadan qoruyan xüsusi üsuldan – “pərvanələrdən” istifadə olunur. Respublikada ilk dəfə burada istifadə olunan avadanlıqlar qış aylarında temperaturu normal dərəcədə saxlayır və beləliklə meyvələri şaxta vurmur.

Təsərrüfat rəhbəri Nasir Cəfərzadə bildirib ki, bağda, əsasən, şaftalı, nektarin, limon, mandarin bitir.

“150 hektarın üstünü bağlamaq mümkün deyil. “Pərvanə” Türkiyədən gəlib, birinci gələndə 1 dənəsi 6 hektarı şaxtadan mühafizə edirdi. Yeni gələnlər artıq 9 hektarı mühafizə edir. Ümumilikdə 15 ”pərvanə” var”, - deyə o əlavə edib.

Bağda 135 minə yaxın sitrus meyvə ağacı əkilib və bağın salınmasında, əsasən, xarici sort toxumlardan istifadə olunur.

Bağın suvarılmasında isə müasir suvarma şəbəkəsi olan damcı üsulundan istifadə olunur. Təsərrüfat rəhbəri cari ildə 3 min ton məhsul əldə  ediləcəyini gözləyir. Məhsullar, əsasən, daxili bazara çıxarılsa da, bu ildən Rusiya bazarına da ixracı planlaşdırılır.

Qeyd edək ki, bağda 100 nəfərdən çox sakin daimi, 300 nəfər isə mövsümi işlə təmin olunub.

 

Son xəbərlər

Kriminal
Bu gün, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Bu gün, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Dünən, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Dünən, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Dünən, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Bütün xəbərlər
Dünən, 09:50

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:13

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 19:00

Sentyabrda havanın temperaturu normadan yuxarı olub

Oxşar xəbərlər