Bu gün lokal antiterror tədbirləri zamanı şəhid olan Sahil Babayevin doğum günüdür.
Sahil Babayev 21 sentyabr 1992-ci ildə Masallı rayonunun Ərəb kəndində anadan olub.
O, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 21 sentyabr 2023-cü il tarixində həyata keçirilən lokal antiterror tədbirləri zamanı Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ailəli olan şəhidimizin Vətənə yadigar üç övladı qalıb.