İrandan Azərbaycana narkotik maddələrin keçirilməsinin qarşısı alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən verir.
İyunun 4-də saat 03:45-də Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 13 kiloqram 290 qram marixuananın qaçaqmalçılıq yolu ilə İrandan ölkəyə keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.