Masallı rayonunun Güllütəpə və Tatyanoba kəndlərində qaz təchizatında fasilə yaranacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 may tarixində Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən verir.
Mayın 30-da saat 10:00-dan təmir işləri yekunlaşana qədər ümumilikdə 830 abonentin qaz təchizatı dayandırılacaq.
Fasilə Köhnə Alvadı kəndində yeni qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar olacaq.