Masallıdan olan şəhid Simran Rzayevin atası Siyab Rzayev dünyasını deyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 yanvar tarixində verir.
Yas mərasimində Masallı rayon İcra Hakimiyyəti başçısı cənab Araz Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Xatırladaq ki, şəhid Simran Rzayev l Qarabağ müharibəsi zamanı itkin düşüb. Böyük Kolatan kənd tam orta məktəbi onun adını daşıyır.