Lokal antiterror əməliyyatları zamanı şəhid olmuş Masallıdan olan əsgər Ramil Məmmədovun ailəsinə medal və orden təqdim edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 dekabr tarixində verir.
Təqdimat mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon rəsmiləri və qazilər iştirak ediblər.
Xatırladaq ki, Ərkivan qəsəbə inzibati ərazi dairəsinin Allahyarlı kəndindən olan şəhid Ramil Habil oğlu Məmmədov "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.