İyunun 18-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyun tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Cənub rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.