İyunun 5-də müşahidə ediləcək hava şəraiti açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyun tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Cənub zonasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21°, bəzi yerlərdə 26° isti olacaq.