İyunun 12-də gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 iyun tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Cənub rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşam əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi, əsasən, dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.