İyunun 7-də gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyun tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Cənub zonasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər arabir zəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.