Mayın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 may tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Cənub bölgəsində havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17°, gündüz 23-28° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.