Avqustun 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Cenublu.az -a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın şəhər və rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39°, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28° isti olacaq.
Qeyd edək ki, Gəncə və ətraf bölgələrdə son günlər havanın temperaturunun 38 dərəcəni keçəcəyi proqnozlaşdırılmayıb.