İyunun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az -a verilən məlumata görə, Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntının əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli intensiv xarakter daşıyacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 18-23°, bəzi yerlərdə isə 25-28° isti olacaq.