İyunun 17-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az-a verilən məlumata görə, Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv xarakter daşıyacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə saatlarında 19-22°, gündüz 30-35° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 7-12°, gündüz 16-20°, bəzi yerlərdə isə 23-28° isti qeydə alınacaq.