Martın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı hava müşahidə olunacaq, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6–10° isti, gündüz 11–15° isti, dağlıq ərazilərdə gecə 0–5° isti, gündüz 5–10° isti olacaq.