Sabahın hava proqnozu açıqlanıb.
Cenublu.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.