İyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyun tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Cənub rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacaq.