Mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 may tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Cənub bölgəsində hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-19° isti olacaq.