İyunun 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az-a verilən məlumata görə, ölkə ərazisində havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarından etibarən şimal və qərb rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam saatlarında isə yağıntının bir qədər güclənəcəyi ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20°, gündüz 28-33° isti, dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 17-22°, bəzi yerlərdə isə 23-28° isti olacaq.