İyunun 8-də müşahidə ediləcək hava şəraiti açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Cənub rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-14° isti, gündüz 15-20° isti olacaq.