“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Lənkəranda vətəndaşlarla görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 yanvar tarixində verir.
Qəbul Daştatük kəndində yerləşən ümumi orta məktəbin qarşısında təşkil olunub. Vətəndaşlar kəndə küçə qaz xətlərinin çəkilməsini xahiş ediblər. Həmçinin məktəbdə də təbii qaza böyük ehtiyac olduğu bildirilib.
Aksiyaya Masallı rayonunun Alvadı kənd sakinləri də qatılıblar.
Vətəndaşlara müraciətlərlə bağlı lazımi izahatlar verilib.