Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Şiləvəngə kəndində sakinlərin müraciətlərini dinləyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində verir.
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Cəlilabadda aparılan tikinti-quruculuq, abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Daha sonra sakinlərin arzu və təklifləri dinlənilib. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.