Lənkəran-Astara regionu üzrə ümumtəhsil məktəblərindən Respublika Fənn Olimpiadalarının yarımfinal turunda iştirak etmək hüququ qazanan şagirdlərin sayı məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində verir.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 664 nəfər şagird Respublika Fənn Olimpiadalarının yarımfinal turunda biliyini sınayacaq. Belə ki, onlardan 196 nəfər Lənkəran, 146 Cəlilabad, 119 Masallı, 85 nəfər Astara, 65 nəfər Lerik və 56 nəfər Yardımlı rayonlarını təmsil edəcək.