Lənkəran–Astara Regional Təhsil İdarəsinin keçmiş müdiri Elxan Nəcəfova yeni vəzifə verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 may tarixində Bizim.media.az-a istinadən verir.
Bununla bağlı Naxçıvan Ali Məclisinin sədr müavini Anar İbrahimov qərar imzalayıb. Qərara əsasən, Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsinə təyin olunub. E. Nəcəfov daha öncə bu postu müvəqqəti icra edib.