Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayon təhsil sektorları üzrə vətəndaş qəbulu günləri müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 sentyabr tarixində verir.
Belə ki:
Astara rayonu üzrə təhsil sektorunda hər həftənin çərşənbə günü saat 15:00-dan 17:00-dək;
Lənkəran rayonu üzrə təhsil sektorunda hər həftənin çərşənbə axşamı günü saat 15:00-dan 18:00-dək;
Masallı rayonu üzrə təhsil sektorunda hər həftənin cümə günü saat 09:00-dan 16:00-dək;
Lerik rayonu üzrə təhsil sektorunda hər həftənin cümə günü saat 10:00-dan 13:00-dək;
Yardımlı rayonu üzrə təhsil sektorunda hər həftənin cümə günü saat 14:00-dan 17:00-dək;
Cəlilabad rayonu üzrə təhsil sektorunda hər həftənin çərşənbə günü saat 10:00-dan 13:00-dək və cümə axşamı saat 15:00-dan 18:00-dək vətəndaşlar qəbul olunacaq.