Astara rayonunun icra başçısı Qəzənfər Ağayev səyyar qəbul keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 may tarixində verir.
Görüş Lomin kəndində baş tutub. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. Vətəndaşların qaldırdıqları məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilib. Bəzi müraciətlər qəbulda həllini tapıb.