Lənkəran şəhər İcra Hakimiyyəti başçısının keçmiş müavini Rəsilə Əliyevanın məhkəməsinin hazırlıq iclasının vaxtı təyin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 avqust tarixində Bizim.media-ya istinadən verir.
Belə ki, məhkəmənin hazırlıq iclası 5 sentyabr tarixinə təyin olunub. Cinayət işi baxılması üçün Lənkəran rayon Məhkəməsinə, hakim Rəşad Məmmədovun icraatına verilib.
Qeyd edək ki, Rəsilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan olunub.