Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun 2024-cü ilin yanvar ayında keçirəcəyi səyyar qəbul-görüşlərinin qrafiki məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 dekabr tarixində verir.
Belə ki, 10 yanvar saat 15:00-da Alar kənd 1 saylı tam orta məktəbinin akt zalında, 16 yanvar saat 15:00-da Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasının akt zalında, 18 yanvar saat 15:00-da Sabirabad kənd tam orta məktəbinin akt zalında, 24 yanvar saat 15:00-da Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasının akt zalında baş tutacaq.