Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Xəlilabad kəndindəki bənddə aparılan yenidənqurma işlərinin mövcud vəziyyəti ilə maraqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyul tarixində verir.
Belə ki, rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun tapşırığı əsasında Xəlilabad kəndi ərazisindəki bənddə yenidənqurma işləri aparılır. Rayon rəhbəri bənddə gedən işlərlə tanış olub, müvafiq tapşırıq və göstərişlərini verib.