Cəlilabadın icra başçısı Rafiq Cəlilov Şıxlar kənd sakinləri ilə səyyar görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində verir.
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Görüşdə sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.