Cəlilabad rayon icra başçısı Rafiq Cəlilov iyun ayında keçirəcəyi səyyar qəbulların siyahısını açıqlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 may tarixində verir.
Rayon rəhbəri iyunun 5-də saat 11:00-da İncilli kənd məktəbinin ərazisində, iyunun 12-də saat 11:00-da Fərzili kənd məktəbinin ərazisində, iyunun 20-də saat 11:00-da Fərəcullalı kəndi ərazisindəki ictimai iaşə obyektində və iyunun 25-də saat 11:00-da Badamağac kənd məktəbinin ərazisində sakinlərlə görüşəcək.